Yazını böyüt 
Yazını kiçilt 
“Sezar qanunu” öz məqsədinə çatıb və indi Suriyaya bir şans verməyin vaxtıdır. ABŞ Senatı bunun ləğvinə səs verməklə uzaqgörənlik nümayiş etdirib.
Hafta.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tom Barak bazar ertəsi bildirib.
Onun fikrincə, 2019-cu ildə sabiq rejimi cəzalandırmaq üçün tətbiq edilən sanksiyalar artıq yeni reallığa uyğun gəlmir, əksinə, bərpa prosesinə mane olur və Suriya xalqının çiyinlərinə ağır yük qoyur.
Buna görə də o, ABŞ Nümayəndələr Palatasını Senat kimi eyni addımı atmağa çağırıb. /“Bloomberg-Şərq”/
