RU

"Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək

"Rənglərin

21 oktyabr 2025-ci il tarixində Daşkənddə yerləşən “Toshkent Fotosuratlar Uyi” sərgi salonunda “Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək. Sərgi tanınmış rəssam Nəvai İbrahimovun rəhbərliyi və Ulusum.az platformasının media dəstəyi ilə baş tutacaq. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan olan rəssamların plener zamanı ərsəyə gətirdikləri əsərlər nümayiş olunacaq. Sərginin əsas məqsədi qardaş xalqlar arasında mədəni əlaqələri gücləndirmək və sənətin birləşdirici gücünü ön plana çəkməkdir. “Dünyanı Sənət Qurtaracaq” devizi ilə keçirilən bu tədbir sənətsevərləri bir araya gətirəcək.ANONS:🎨 *“Rənglərin Qardaşlığı” Rəsm Sərgisi* 📍 Məkan: Toshkent Fotosuratlar Uyi 📅 Tarix və Saat: 21 oktyabr 2025, saat 12:00 🎤 Deviz: “Dünyanı Sənət Qurtaracaq” 📢 Media dəstəyi: Ulusum.azQardaş ölkələrin rəssamlarını bir araya gətirən bu unikal sənət hadisəsində sizi də gözləyirik!R.Daşdəmirova"MagaMedia"MMC

Diqqət Çəkənlər

Göz rəngini dəyişmək gələcəkdə ciddi fəsadlara yol aça bilər VİDEO

Hotdoq Resepti – Sadə və Ləzzətli!

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası

Избранный
41
ulusum.az

1Источники