İsveç çempionatında sona 3 tur qalmış çempion məlum olub.
Offsideplus.az xəbər verir ki, "Göteborq" səfərdə məğlub edən "Myellbü" çempionluğunu elan edib.
Onlar 86 illik tarixlərində ilk dəfə bunu bacarıblar.
"Myellbü" cəmi 1 min 500 insanın yaşadığı balaca bir balıqçı qəsəbəsinin komandasıdır.
Komandanın baş məşqçisi eyni zamanda məktəb direktoru olan Anders Torstenssondur.