RU

Lavrovla Rubionun görüşü təxirə salındı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında bu həftə gözlənilən görüş təxirə salınıb.

Ölkə.az xəbər verir ki, bu barədə "CNN" Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

“Məlumata görə, görüşün bu həftə niyə baş tutmayacağı hələlik aydın deyil, baxmayaraq ki, mənbələrdən biri bildirib ki, Rubio və Lavrov mümkün nəticə ilə bağlı fərqli gözləntilərə malikdirlər”, - hesabatda deyilir.

Onların görüşünün yeni tarixi hələ məlum deyil. Təxirə salınmanın Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə gözlənilən görüşə necə təsir edəcəyi də məlum deyil.

Qeyd edək ki, Lavrov və Rubionun oktyabrın 23-də Ukrayna ilə bağlı görüşə biləcəyi daha əvvəl bildirilmişdi. İki diplomat arasında mümkün danışıqlar barədə məlumatlar oktyabrın 20-də, bazar ertəsi telefon danışığından sonra ortaya çıxıb.

Həmidə İbrahimova

Избранный
68
17
olke.az

10Источники