RU

Tovuzda qadın heyvan üçün istifadə edilən dərmandan zəhərləndi

Tovuzda zəhərlənmə olub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində baş verib.

Kənd sakini 1985-ci il təvəllüdlü E.Quliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə 40 yaşlı qadın heyvan üçün istifadə olunan dərmandan zəhərlənib. Onun hansı şəraitdə zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır

Избранный
38
3
nocomment.az

6Источники