RU

Abubakar — növbəti Mpenza?

Belə görünür, Türkiyə futbol dairələri ilə Azərbaycan futbolu arasında bir anlaşma var. Ölkə futbolu, milli komanda böyük zülm-zillətdən sonra “Beşiktaş”dan bizə sırınan Fernandu Santuşdan yenicə yaxasını qurtarmışdı ki, indi də Vinsan Abubakar gəldi. Söz yox ki, vaxtilə yaxşı futbolçu olub, maraqlı və zaman-zaman üst səviyyədə karyerası olub. Amma Abubakarın axırıncı dəfə nə vaxt futbol oynadığı bəlkə heç özünün də yadında deyil. Görəsən, hava limanında bu toppuş afrikalını bəh-bəhlə qarşılayan azarkeşlərin xəbəri vardımı ki, Abubakar sonuncu dəfə may ayında meydana çıxıb. O vaxtdan bu vaxta qədər fərdi məşqlər edib, yəni ortalıqda qalıb. İndi də 33 yaşlı forvardı göndəriblər Bakıya.

Kamerunlunun fiziki vəziyyətinə baxanda onun formada olub-olmaması ilə bağlı suallar ortaya çıxır. Amma uzun zamandır klubsuz məşq edən və hücumçu üçün kritik yaşda olan biri üçün bu sual yersizdir. Abubakarın gəlişi nədənsə yadıma vaxtilə məşhur belçikalı Emil Mpenzanın “Neftçi”yə transferini yadıma saldı. 2010-cu ildə böyük coşqu ilə gətirilən bu məşhur futbolçu ilə 3 illik müqavilə imzalandı, amma 2012-ci ilin yanvarında, yəni bir ildən də az vaxtdan sonra çıxıb getdi. Əvəzində FİFA “Neftçi”nin ona 1 milyon avro ödəməsini əmr etdi. O dövrün 1 milyonu isə az pul deyildi. Beləcə, pensiya yaşında olan, formasından uzaq və adından başqa futbola aid heç nəyi qalmayan Mpenza Bakıda vaxtını keçirib bir ətək pulumuzu aparıb getdi, lap elə Fernandu Santuş kimi.

Избранный
93
1
demokrat.az

2Источники