RU

Şalva Papuaşvili: Brüssel siyasi məqsədlərə çatmaq üçün zorakılığı alətə çevirməkdən imtina etməlidir

Tbilisi, 21 oktyabr, AZƏRTAC

Brüssel siyasi məqsədlərə çatmaq üçün zorakılığı təşviq etməkdən əl çəkməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, dünən Lüksemburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası Avropa komissarları və nazirləri üçün oktyabrın 4-də Gürcüstan Prezident Sarayına zorakılıqla basqını pisləmək baxımından əldən verilmiş daha bir fürsət olub.

“Bunun əvəzində biz gürcü xalqına qarşı yalan xəbərlər vasitəsilə növbəti hücumun şahidi olduq. Cinayətkarları qorumaq zorakılığa bəraət qazandırmaq, zorakılığa haqq qazandırmaq isə onu təşviq etmək deməkdir. Brüssel fundamental Avropa dəyərlərinə qayıtmalı və siyasi məqsədlərə çatmaq üçün zorakılığı alətə çevirməkdən imtina etməlidir”, - deyə Papuaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
101
azertag.az

1Источники