RU

II Liqa: "Xankəndi" üçün asan səfər, "Şirvan" paytaxt təmsilçisinə qarşı

Azərbaycan II Liqasında 6-cı tur davam edir.

Fanat.Az xəbər verir ki, tura bu gün keçiriləcək 3 oyunla yekun vurulacaq. 

Qarşılaşmaların hamısı eyni vaxtda - 14:00-da başlayacaq.

Aşkar autsayder "Araz Saatlı" çempionluğa iddialı "Xankəndi"ni qonaq edəcək. "Ağdaş" "Şəki Siti" ilə qarşılaşacaq. Debütant olmasına baxmayaraq, uğurlu çıxış edən "Şirvan" isə "Dinamo"nu qəbul edəcək.

Tur çərçivəsində dünən baş tutan oyunlar belə nəticələnib:

“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
“Kür-Araz” – “Quba” 1:6
“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1

Azərbaycan II Liqası
6-cı tur
21 oktyabr 

14:00. “Araz Saatlı” – “Xankəndi”
Hakimlər: Nəriman Ağayev, Samir Qaracayev, Elvin Mədətov, Rəsul Babayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

14:00. “Ağdaş” – “Şəki Siti”
Hakimlər: Kamil Aydınov, Səbuhi Aydınov, Mirnihad Seyidov, Murad Səlimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Ağdaş. Şəhər stadionu.

14:00. “Şirvan” – “Dinamo”
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ləman Əmirli
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Seymur Səlimli
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.

Избранный
88
fanat.az

1Источники