RU

Bolqarıstan Putinə hava dəhlizi verməyə hazırdır – XİN açıqaldı

Bolqarıstan Vladimir Putinin təyyarəsinin ABŞ Prezidenti Donald Trampla görüşlə bağlı Budapeştə uçması üçün hava dəhlizi verməyə hazırdır. 

“7Times.az” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın Xarici işlər naziri Georq Georgiyev Xarici İşlər Şurasının Lüksemburqda keçirilən iclasında bildirib.

Bolqarıstanın XİN başçısının sözlərinə görə, bu, Ukraynada sülhə nail olmaq məqsədi daşıyır: “İştirakçılardan biri iştirak edə bilmirsə, görüş necə baş tuta bilər?”.

Bu arada, Rumıniya hələ də Rusiya təyyarəsi üçün uçuş icazəsi ilə bağlı rəsmi müraciət almayıb. Bunu Rumıniyanın Xarici İşlər naziri deyib.

Uçuş vəziyyəti Aİ-nin Rusiya dövlət təyyarələrinin Avropanın əksər hissəsi üzərində uçmasını qadağan edən hazırkı sanksiyaları ilə mürəkkəbləşib. Əlavə faktor Beynəlxalq Cinayət Məhkəməsinin 2023-cü ilin martında Putin haqqında həbs qərarı çıxarmasıdır.

AzPolitika

Избранный
26
7times.az

1Источники