RU

Azərbaycan və Qazaxıstan arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astanaşəhərində Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev vəPrezidentin müşaviri Asel Janasova ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, görüşlər zamanı innovasiya, rəqəmsallaşma vəinformasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrindəəməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Astana Hub”İnnovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada İKTsahəsində peşəkar mütəxəssislərin hazırlanması, startaplarıninkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyatakeçirilən layihələr barədə ətraflı məlumat verilib. Tərəflərrəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədəfikir mübadiləsi aparıblar.

Nazir Rəşad Nəbiyevin Qazaxıstanın Baş nazirinin müavini –rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev iləgörüşündə isə rəqəmsal hökumət həlləri, süni intellekt,kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığıngenişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
20
12
az.trend.az

10Источники