RU

Netanyahu açıqladı - Qəzzaya 153 ton bomba atılıb

İsrailin baş naziri Benyamin Netanyahunun ölkənin parlamenti Knessetin açılış iclasında çıxış edib.

News24.az “Haberglobal”a istinadən xəbər verir ki, baş nazir onun rəhbərlik etdiyi hökümətin HAMAS-ın heç bir tələbini qəbul etmədiyini bildirib. 

“Başımızın üzərindəki təhlükəni aradan qaldırdıq və İran oxuna zərbələr endirdik. Sağ olan girovlarımızı geri gətirdik və hələ  orada olan ölü girovları da geri gətirəcəyik”.

Netanyahu iddia edib ki, HAMAS atəşkəs razılaşmasını açıq şəkildə pozub: “HAMAS dərhal gücümüzü hiss etdi. Qəzzada onlarla hədəfi 153 ton bomba ilə vurduq. Atəşkəs HAMAS-ın bizi təhdid etməsi üçün icazə sənədi deyil. Bizə qarşı təcavüz baha başa gələcək. ABŞ prezidenti Donald Tramp ilə razılaşdırdığımız prosesin sonunda HAMAS-ın hərbi və siyasi gücü aradan qaldırılacaq”.

Teymur


Избранный
144
news24.az

1Источники