Deputat: ““Ramiz Mehdiyevlə hər hansı münasibətim olmayıb”
“Ramiz Mehdiyevlə hər hansı bir münasibətim olmayıb. Bu məsələ ilə bağlı həbslərin davam edib-etməyəcəyini isə yalnız istintaq orqanları müəyyən edə bilər”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azay Quliyev deyib.
O bildirib ki, Ramiz Mehdiyevin əlaqədə olduğu şəxslərin hamısını istintaq ortaya çıxaracaq:
“Buna heç kimin şübhəsi olmasın”.
Xatırladaq ki, deputat Azay Quliyev də Ramiz Mehdiyevin vəzifədə olduğu dövrdə onu tərif edən məqalələr yazıb.