Milli Aviasiya Akademiyasının tələbəsi vəfat edib.
Redaktor.az “Unikal”a istinadən xəbər verir ki, akademiyanın 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 19-u dünyasını dəyişib.
Onun hansı səbəbdən həyatını itirməsi qeyd edilməyib.
Bildirilib ki, mərhumun atası da iki il əvvəl vəfat edib.
***
Gəncə şəhər sakini olan Q.Alıyevin meyiti oktyabrın 18-i saat 17 radələrində kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib.
Redaktor.az xəbər verir ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


