RU

Sensasiya: Cəmi 1500 sakini olan qəsəbə klubu ölkə çempionu oldu

İsveç futbolunda tarixi hadisə baş verib. Əhalisi 1 500 nəfərdən az olan Hallevik qəsəbəsini təmsil edən "Myöllbü" klubu ilk dəfə ölkə çempionatının qalibi adını qazanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, komanda çempionatın 27-ci turunda səfərdə "Göteborq" üzərində 2:0 hesablı qələbə qazanaraq xallarını 66-ya yüksəldib və sona bir neçə tur qalmış qızıl medalları təmin edib.

Lideri izləyən Stokholmun "Hammarbü" klubu isə onlardan 11 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Myöllbü" 1939-cu ildə yaradılıb və bu nailiyyət klub tarixində ən böyük uğur sayılır. Komandanın İsveç çempionatında bundan əvvəlki ən yaxşı nəticəsi ötən mövsüm əldə etdiyi beşinci yer idi.

Hüseyn
Milli.Az

Избранный
30
50
milli.az

10Источники