RU

İPL komandasının yeni baş məşqçisi bilindi - RƏSMİ

İngiltərənin Premyer Liqa təmsilçilərindən olan "Nottingem Forest" yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu, ingiltərəli mütəxəssis Şon Dayçdır.

Sözügedən mütəxəssis müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. 54 yaşlı Dayç daha öncə "Uotford", "Börnli" və "Everton"u da çalışdırıb.

Xatırladaq ki, "meşəbəyilər"in rəhbərliyi çempionatın ilk 8 oyununda qələbəyə həsrət qalan Angelos Postekoğlunu istefaya göndərmişdi. Hazırda 5 xalı olan "Nottingem Forest" turnir cədvəlinin 8-ci pilləsində mövqe ututb.

Nihat

Избранный
87
1
fanat.az

2Источники