RU

Ukrayna parçalana bilər

Ukrayna

"ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Budapeşdə nəzərdə tutulan görüşdə razılaşma əldə edilməsi mümkündür. Amma belə bir razılaşma Ukraynanın ziyanına olacaq".

Bunu "Reytinq" qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri Cümşüd Nuriyev deyib.

Professor Nuriyev bildirib ki, ABŞ prezidentini Ukrayna və onun gələcəyi o qədər də maraqlandırmır.

C. Nuriyev əlavə edib ki, Tramp biznesmendir və hər bir məsələyə baxışında peşə üstünlükləri önə çıxır.

Nuriyevin ehtimalına görə, Budapeştdə razılıq əldə olunarsa, Ukrayna parçalanacaq. Təxminən Dneprə qədər olan ərazilərə Rusiya sahiblənəcək.

Müsahibimiz qeyd edib ki, Şərqi Ukraynanı ukraynalılar tərk edib, orada əsasən ruslar yaşayır. Həmin bölgədə rusların sayı milyonlarladır.

Nuriyev iddia edir ki, Qərbi Ukrayna Polşa və Rumıniya tərəfindən ələ keçirilə bilər, çünki həmin ölkələrin belə iddiaları var: "Bu halda biz əsasən mərkəzi Ukraynada 5-6 vilayətdən ibarət olan Ukrayna dövlətini görə bilərik. İndiyə qədər Ukrayna Avropada ərazisinə görə ən böyük ölkə idi. Artıq belə deyil".

Professor sonda əlavə edib ki, Tramp üçün Ukrayna ilə bağlı qərar vermək çətin məsələ deyil.

Nemət ORUCOV
Reyting.az

Избранный
41
1
reyting.az

2Источники