AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
İclasda Misli Premyer Liqasının VIII turunda baş verənlərə hüquqi qiymət verilib:
“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu “Kəpəz”lə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Bundan başqa, hər iki komandanın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün klublar 1500 manat ziyana düşüb. Həmçinin oyun zamanı 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.
“Qəbələ” “İmişli” ilə qarşılaşmada 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün 700 manat cərimə ödəyəcək.
“Sumqayıt” – “Karvan-Yevlax” oyunu qonaq komandasının meydançaya vaxtında çıxmaması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib.