"Bayern Münhen" klubu baş məşqçi Vensan Kompaninin sözləşməsini uzadıb.

Offsideplus.az xəbər verir ki, belçikalı mütəxəssisin müqaviləsi 2029-cu ilin yayına qədər uzadılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kompani ötən ildən bəri Münhen təmsilçisini çalışdırır. Onun komandası cari mövsüm 10 oyunun hamısında qələbə qazanmağı bacarıb.