RU

Sabirabadda toqquşan maşınlar yararsız hala düşdü, sürücülərdən biri… VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sabirabad rayonu, Qaratuğay kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 19-da axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı maşın, “QAZ-3110” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülərdən biri bədən xəsarətləri alıb. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
1
avtosfer.az

2Источники