RU

Azərbaycan və Fələstin arasında əmək sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində FələstinDövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ƏhmədMetani ilə görüş olub.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Fələstin xalqlarının tarixi, dini,mədəni və dostluq əlaqələrinə malik olduğunu qeyd edən əmək vəəhalinin sosial müdafiəsi naziri Anar Əliyev iki ölkə arasındaqarşılıqlı dəstək və həmrəyliyin mövcud olduğunu bildirib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən ƏməkMərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində, əmək vəməşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələrininaparılmasında əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə son illər əmək sahəsində aparılan islahatlar və əldəolunan nailiyyətlər barədə məlumat verilib. Bu sahədə iki ölkəarasında əməkdaşlığın inkişaf etdirilməsi, fəal təcrübə və məlumatmübadilələrinin aparılması üçün mühüm potensialın olduğu qeydedilib.

Əhməd Metani ölkəsi ilə Azərbaycan arasında dostluq, həmrəylikmünasibətlərinin olduğunu və daim inkişaf etdiyini, əmək sahəsindəəlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Qeydedilən sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsiaparılıb.

Избранный
52
7
az.trend.az

8Источники