Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinintabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) cari ilin27 sentyabr tarixində Qabal çayının daşması nəticəsində zərər çəkənLaqodexi rayonunun bir sıra kəndlərinə humanitar yardımgöndərib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilənməlumata görə, fəlakətdən zərər çəkən Qabal, Gəncəli, Uzuntala,Qaracalar və başqa bir sıra kəndlərin sakinlərinə ADDF-in dəstəyi,“Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə ərzaq məhsulları vədigər zəruri ləvazimatlar paylanılıb.
Mərkəzin rəhbəri Yavər Məmmədov humanitar yardımın 120 ailəyə, ocümlədən gürcü kəndlərinin sakinlərinə çatdırıldığını deyib.
“Bizim kəndlərimiz əsrlər boyu qonşuluq və mehriban şəraitdəyaşayıb. Təbii ki, ağır və çətin günlərdə belə bir-birimizə daimdayaq olmuşuq. Bu minvalla çıxışımı Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin sözləri ilə bitirmək istərdim:“Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehribanqonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün dəyaşayır, bütün istiqamətlər üzrə uğurla inkişaf edir və bütünqonşular üçün nümunə ola bilər”,- deyə Yavər Məmmədov bildirib.
Laqodexi Bələdiyyəsinin Qabal ərazisi üzrə mer nümayəndəsi RamizAmirov göstərilən diqqət və qayğıya görə kənd sakinləri adındanADDF-ə təşəkkür edib.
Bundan əlavə, Vazisubani kəndinin sakinlərinə də yardımgöstərilib. Gürcü icmasının nümayəndələri Azərbaycan dövlətinəminnətdarlıqlarını bildirib, iki ölkə arasında dostluq və qardaşlıqənənələrinin bu gün də davam etdiyini vurğulayıblar.