Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, qərarın tənzimləmə mexanizmləri bazara çıxış imkanlarını fermerlər üçün məhdudlaşdırır və məhdudlaşdırıcı addımlar nə qədər çox olarsa, qiymət artımı da bir o qədər yüksək olur:
"Buna görə də AQTA-nın tənzimləmə qaydalarına yenidən baxmaq zəruridir. Hazırkı halda qərar müvəqqəti xarakter daşıyır, lakin uzun müddət qüvvədə qalması qiymətlərin daha da artmasına səbəb olacaq".
Əfsanə Kamal
Demokrat.az