RU

Makronun işində daha bir zəiflik - 4 cinayətkar cəmi 7 dəqiqə ərzində...


İlyas Hüseynov: “Bu hal isə ölkə daxilində vahid mövqenin, konsplidasiyanınolmamasından xəbər verir”

Məlum olduğu kimi, bir neçə gün əvvəl Luvr muzeyində qarət hadisəsi baş verib. “Le Parisien” qəzetinin məlumatına görə, bir neçə oğru muzeyin pəncərələrini sındırıb və zinət əşyalarını oğurlayaraq qaça biliblər. Maraqlıdır ki, bu mürəkkəb oğurluq əməliyyatını cəmi 4 nəfər oğru 7 dəqiqənin içərisində həyata keçirə biliblər.

Qeyd edək ki, Luvr muzeyində baş vermişoğurluq hadisəsi Fransa ictimaiyyətində və beynəlxalq aləmdə geniş rezonans doğurub. Hazırda insidentlə bağlı araşdırmalar davam edir.

Bu hadisə Fransa hüquq mühafizə sisteminin hansı səviyyədə işlədiyini bir daha ictimaiyyətə göstərdi. Buna səbəb Fransa rəhbəri Makronun idarəçiliyinin zəif olması əsas gətirilir. Məlumdur ki, Fransa siyasi böhran içində olduğu üçün davamlı xoşagəlməzhadisələrbaş verir. Həmçinin, Fransada qeydə alınandavamlı istefalar da normal idarəçiliyin olmamasına şərait yaradır.

“Uğursuz hadisənin başında elə Fransa rəhbəri Emmanuel Makron dayanır, onun siyasi xarizmasının olmaması idarəçilikdə nöqsanlara səbəb olur”

Siyasişərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransada müşahidə edilən siyasi böhran bir çox sahələrdə müşahidə olunur. Hüquq mühafizə, təhlükəsizlik orqanlarının fəaliyyətində olan boşluqlar açıq şəkildə özünü göstərir: “Luvr muzeyindən oğurluğun qeydə alınması dünyada baş verən nadir hadisələrdən biri sayılır. Bu uğursuz hadisənin başında elə Fransa rəhbəri Emmanuel Makron dayanır. Onun siyasi xarizmasının olmaması idarəçilikdə nöqsanlara səbəb olur. Bu hal da ayrı-ayrı sahələrdə problemlərə səbəb olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Fransada bir il ərzində baş nazir vəzifəsinə təyin olunan şəxslər qısa müddət sonra istefa verib. Bu hal isə ölkə daxilində vahid mövqenin, konselidasiyanınolmamasından xəbər verir: “Məlumat üçün deyim ki, Fransa daxilində Həmkarlar İttifaqının işçiləri, fermerlər də müxtəlif zamanlarda etiraz aksiyası keçirib. Bu kimi hadisələr Fransa da problemlərin nə dərəcədə dərin olduğunu göstərir”.

İ.Hüseynov hesab edir ki, bu kimi hadisələri aradan qaldırmaq üçün Fransada islahatlar həyata keçirilməli, kadr dəyişikliyi edilməlidir: “Onu da deyim ki, son zamanlar Fransa parlamentində və ekspertlər arasında Makronun istefasını tələb edənlərin sayı artır. MakrondansonraFransanın yeni bir mərhələsi formalaşa bilər. İlluziyalara qapılmayan, rasional, reallıqları nəzərə alan,xarekteri olan şəxs Fransaya rəhbərlik edə bilər”.

Günel CƏLİLOVA

Избранный
47
baki-xeber.com

1Источники