Azərbaycan Voleybol Yüksək Liqasında qadın və kişi komandaları arasında II turun oyunları keçirilib.
90deqiqe.Az xəbər verir ki, qadınların mübarizəsində “Gəncə” səfərdə “Murov Az Terminal” üzərində inamlı qələbə qazanıb – 3:0. Kişilər arasında baş tutan qarşılaşmada isə “Xilasedici” eyni hesabla “Ordu” komandasını məğlub edib – 3:0.
Matçlar müvafiq olaraq “Murov Az Terminal” klubunun və Fövqəladə Hallar Nazirliyinin idman zallarında baş tutub.
Qeyd edək ki, hər iki çempionatda növbəti turun oyunları yaxın günlərdə keçiriləcək.