RU

Lindsi Qrem: Tramp Maduronu devirməyə hazırlaşır...

ABŞ senatoru Venesuelanı “narko-terror dövləti” adlandırıb...

Poliqon xəbər verir ki, ABŞ senatoru Lindsi Qrem Venesuela rəhbərliyini sərt tənqid edərək bildirib ki, Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Nikolas Maduronu devirməyə qərarlıdır. Onun sözlərinə görə, Venesuela hazırda “İranla əlaqələri olan və öz xalqını talayan” Maduro tərəfindən idarə olunan “narko-terror dövləti”nə çevrilib.

Qrem çıxışı zamanı bildirib: “Bu ölkə Amerika Birləşmiş Ştatlarına narkotik axınının əsas mərkəzinə çevrilib. Siz Donald Trampa səs verəndə, əslində buna səs vermisiniz”, deyə senator bildirib.

Qrem əlavə edib ki, Trampın xarici siyasət doktrinası çox sadədir: “Əgər siz dostsunuzsa, ABŞ sizin ən yaxşı dostunuz olacaq. Amma əgər düşmənsinizsə, onda biz sizin ən pis kabusunuz olacağıq”.

Donald Tramp Maduronu devirməyə hazırlaşır. O, narkoterrorçudur, narkotik alverçisidir və qanunsuz prezidentdir”, deyə Qrem çıxışını yekunlaşdırıb

Poliqon.info

Избранный
68
poliqon.info

1Источники