RU

Rusiya kəşfiyyat təyyarəsi Norveç səmasında: partlayış oldu

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Norveç Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini ələ keçirmək üçün F-35 qırıcılarını havaya qaldırıb. Norveçin şimalında yerləşən şəhərin sakinləri partlayış səsləri eşidib.

Axar.az xəbər verir ki, bu barədə “Altaposten” məlumat yayıb.

Nəşrin məlumatına görə, yerli vaxtla saat 11:18 radələrində Alta şəhərinin sakinləri iki partlayış səsi eşidib, şəhərin mərkəzindəki binalar və pəncərələr silkələnib. Bu, F-35-lər şəhərin üzərindən uçarkən baş verib.

Partlayış səsinin nədən qaynaqlandığı, hansı şəraitdə baş verdiyi açıqlanmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
90
6
axar.az

7Источники