RU

“HƏMAS sülh razılaşmalarını pozarsa...”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, HƏMAS hərəkatı sülh razılaşmalarını pozarsa, ABŞ-nin Yaxın Şərqdəki bəzi müttəfiqləri Qəzza zolağına qoşun yeritməyə hazırdır.

Sitat.info xəbər verir ki, Tramp bu barədə “TruthSocial” sosial media səhifəsində yazıb. "Onlar (müttəfiqlər) mənim xahişimlə Qəzzaya böyük bir qüvvə ilə daxil olmağa və HƏMAS pis davranmaqda davam edərsə, onunla məşğul olmağa hazır olduqlarını bildirdilər”, - deyə yazıb.

Buna baxmayaraq, Amerika lideri müttəfiqlərini və hərəkata “düzgün iş görmək” şansı verərək, sazişin həyata keçirilməsinə ümid etməyə çağırıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, razılaşmalar pozularsa, “HƏMAS-ın sonu tez, qəzəbli və amansız olacaq”.

Избранный
44
2
sitat.info

3Источники