Bakı.Trend:
Estoniya Azərbaycanda rəqəmsal transformasiya və “yaşıllayihə"lərdə maraqlıdır.
Bunu Estoniyanın Azərbaycandakı səfiri Veyno Reynart Bakıdakeçirilən Mərkəzi Baltik – Azərbaycan biznesforumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.
Səfirin sözlərinə görə, foruma qatılan bir çox Estoniya şirkətiAzərbaycanlı tərəfdaşlarla əməkdaşlıqğa, xüsusilə rəqəmsaltransformasiya və "yaşıl texnologiya"lar sahəsinə maraqgöstərir.
O qeyd edib ki, bəzi şirkətləri artıq Azərbaycanda rəqəmsalxidmətlər sahəsində, o cümlədən Estoniya texnologiyaları əsasındayaradılmış rəqəmsal identifikasiya sistemləri üzrə fəal şəkildəfəaliyyət göstərirlər.
Bundan əlavə, səfirin sözlərinə görə, Estoniya Şərq-Qərbarasında nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycan üzərindənkeçən Orta Dəhlizin inkişafını dəstəkləyir.
Veyno Reynart vurğulayıb ki, ölkəsi rəqəmsallaşma və yenitexnologiyaların tətbiqi üzrə birgə layihələrdə fəal iştirak etməyəhazırdır və bu layihələrin konkret icra müddətləri biznesinixtiyarına buraxılır.