"Atletik"lə (Bilbao, İspaniya) matçda "Qarabağ" futbolçuları çox hərəkət etməli olacaqlar.
Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
"Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. "Atletik" özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressov oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. "Atletik"in oyun tempinə davam gətirmək istəyirik".
O, yarımmüdafiəçi Marko Yankoviçin komanda ilə birgə məşqlərə qatıldığını söyləyib: