RU

“Brügge” çətin və təhlükəli rəqibdir”

“Bavariya” klubunun baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının qrup mərhələsində “Brügge” ilə keçiriləcək oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, belçikalı mütəxəssis bunları bildirib:

“Brügge" işlək komandadır, bu, belçikalılara xas xüsusiyyətdir. Onlar Avropa arenasında tez-tez uğurlu çıxış edirlər. Bu, asan rəqib deyil, çox təhlükəlidirlər. Ona görə də yaxşı hazırlaşmaq çox önəmlidir.”

Qeyd edək ki, “Bavariya” – “Brügge” matçı oktyabrın 22-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Избранный
94
90deqiqe.az

1Источники