“Bavariya” klubunun baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının qrup mərhələsində “Brügge” ilə keçiriləcək oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, belçikalı mütəxəssis bunları bildirib:
“Brügge" işlək komandadır, bu, belçikalılara xas xüsusiyyətdir. Onlar Avropa arenasında tez-tez uğurlu çıxış edirlər. Bu, asan rəqib deyil, çox təhlükəlidirlər. Ona görə də yaxşı hazırlaşmaq çox önəmlidir.”
Qeyd edək ki, “Bavariya” – “Brügge” matçı oktyabrın 22-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.