Rusiyada internetdə böyüklər üçün nəzərdə tutulan (“18+”) materiallara çıxışın yalnız pasport məlumatları ilə identifikasiya vasitəsilə mümkün olması təklif edilib.
Musavat.com xəbər verir ki, təklifin müəllifi Rusiya İctimai Palatasının üzvü Yevgeni Maşarovdur.
Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin üzvü Anton Nemkin bu təşəbbüsü “mübahisəli, lakin vacib addım” kimi dəyərləndirib və bildirib ki, məqsəd istifadəçilərin azadlığını məhdudlaşdırmaq deyil, yetkinlik yaşına çatmayanları qorumaqdır.
“Yalnız 2025-ci ilin ilk yeddi ayında informasiya və telekommunikasiya texnologiyalarından istifadə edilərək törədilən cinayətlər nəticəsində demək olar ki, beş min uşaq və yeniyetmə zərər çəkib - bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur”, - deyə Nemkin qeyd edib.
Anton Nemkinin fikrincə, təklif müzakirəyə layiqdir, lakin onun tətbiqi ehtiyatla və mərhələli şəkildə həyata keçirilməlidir.
Musavat.com