RU

Luvr oğurluğundan dəyən ziyan 88 milyon avro QİYMƏTLƏNDİRİLİR – FOTO

Luvr oğurluğundan dəymiş zərər 88 milyon avro təşkil edib.

İnterpress.az xəbər verir ki, bu barədə Paris prokuroru Lora Beko bildirib.

O deyib ki, Luvrdakı oğurluq nəticəsində muzeyə vurulan zərər 88 milyon avro məbləğində qiymətləndirilib.

Zərərin məbləği muzeyin özü tərəfindən hesablanıb.

Xatırladaq ki, 19 oktyabr səhəri Luvr muzeyi quldurların hücumuna məruz qalıb.

Onlar Apollon qalereyasına daxil olaraq doqquz zinət əşyasını oğurlayıblar. Hazırda cinayətkarlar axtarılır.

Oğurlanan eksponatlar arasında imperator III Napoleonun həyat yoldaşı imperatriça Evgeniyanın tacı və bəzək əşyaları da var.

Tac sonradan küçədə sındırılmış vəziyyətdə tapılıb.

Fransa Mədəniyyət Nazirliyinin yaydığı siyahıya görə, itirilən əşyalar arasında Hortenziya de Boqarne, Mari Amaliya, Mari-Luiza kimi Avropa kraliçalarına məxsus tiara, boyunbağı, sırğalar və “relikvari bəzək sancağı” da var.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
49
interpress.az

1Источники