RU

"Neftçi" FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb.

"Unikal" xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Estoniya klubu "Kalev/Kramo" ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş "Neftçi"nin 95:84 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" turnirdəki ilk oyununda Polşanın "Trefl" komandasına 63:92 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi növbəti matçını Türkiyənin "Bursaspor" klubu ilə keçirəcək.

Избранный
61
33
unikal.az

10Источники