Bakı. Trend:
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davamedir.
Trend xəbər verirki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidəmübarizəyə start verilib.
Azərbaycan təmsilçilərindən Elmir Əliyev (55 kiloqram) ilkmərhələni maneəsiz keçib. Albaniyalı Andi Muka xalçaya çıxmayıb.Milli üzvü 1/8 finalda gücünü çinli Baoji Vuya (9:0), 1/4 finaldaisə özbəkistanlı Xociəkbər Kuçkarova (4:2) göstərib. Elmiryarımfinalda isə iranlı Armin Şamsipurhacını “tuş”la yolundankənarlaşdırıb. Əliyev sabah finalda rusiyalı Alibek Amirovlagüləşəcək.
Fəraim Mustafayev (67 kiloqram) hindistanlı Nişant Nişant (8:3)və qırğızıstanlı Bayaman Kərimovu (4:1) mübarizədən kənarlaşdırsada, 1/4 finalda belaruslu Qleb Makarankaya minimal fərqlə (3:4)məğlub olub.
Ruslan Nurullayev (72 kq) yaponiyalı Hacime Kikutaya tamüstünlüklə (8:0), moldovalı Vasile Zabikaya isə 4:0 hesabı iləqalib gələrək 1/4 finala yüksəlib. Ruslan yarımfinala vəsiqəuğrunda mübarizədə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5. Rəqibfinala yüksəldiyi üçün Nurullayev sabah təsəlliverici görüşəçıxacaq. Təmsilçimiz Oleq Xəlilov (Ukrayna) – Mate Veq (Macarıstan)qarşılaşmasının qalibi ilə güləşəcək.
Əli Quliyev (97 kiloqram) təsnifat mərhələsində rusiyalı MaksimAverinə (UWW) uduzub – 1:5.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.