RU

Uroloji Xəstəxananın direktoru və baş həkimi işdən azad edildi

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev, eləcə də direktorun müavini-baş həkim Nicat Kərimov işdən azad edilib.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, Fariz Babayev 20 oktyabr, Nicat Kərimov isə 21 oktyabr 2025-ci il tarixindən tutduqları vəzifədən azad ediliblər.
Sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bu barədə TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, İcraçı direktor Vüqar Qurbanov əmr imzalayıb.
Избранный
40
6
nocomment.az

6Источники