RU

Putin və Tramp yaxın vaxtlarda görüş keçirməyi planlaşdırmır — Reuters

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda görüş keçirməyi planlaşdırmır.

Editor.az xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, iki ölkə liderlərinin sammitinə hazırlıq prosesi hazırda dayandırılıb. Bununla belə, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən telefon danışığı “məhsuldar” adlandırılıb.

Qeyd edək ki, NBC News jurnalisti Qarrett Haake də Ağ Evdəki mənbəyə istinadən bildirib ki, ABŞ və Rusiya prezidentlərinin Budapeştdə keçirilməsi nəzərdə tutulan sammitinə hazırlıq müvəqqəti olaraq dayandırılıb.

//Samir Qurbanov, Editor.az

Избранный
48
editor.az

1Источники