RU

Luvr muzeyinə yeni təhlükəsizlik tədbirləri tətbiq edilib

Luvr muzeyinə yeni təhlükəsizlik tədbirləri tətbiq edilib

Fransa Mədəniyyət Naziri Raçida Dati oktyabrın 19-da tarixi dəyərli zərgərlik əşyalarının oğurlandığı məşhur Luvr muzeyində yeni təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini açıqlayıb.

Nazir Dati Milli Məclis iclasında Hesablama Palatasının hazırladığı ilkin hesabatda Luvr muzeyində təhlükəsizlik çatışmazlıqlarının aşkarlandığını və buna dair soyğunu qiymətləndirdiyini bildirib.

Dati soyğunu Fransa üçün tarixi mirasa qarşı ciddi hücum kimi qiymətləndirərək, təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün atılan addımlardan danışıb.

Muzey rəhbərliyinə əsərlərin qorunmasını təmin etmək üçün bir sıra tövsiyələr verildiyi və bu tövsiyələr əsasında tədbirlər görüldüyü vurğulanıb.

Buna görə təhlükəsizlik kameralarının modernləşdirilməsi, muzeydəki bütün təhlükəsizlik nəzarət otaqlarının yenidən gözdən keçirilməsi və muzey ətrafında qoruma sistemlərinin quraşdırılması istiqamətində addımlar atıldığı bildirilib. Soyğunla bağlı istintaqın davam etdiyi də qeyd olunub.

Избранный
13
afn.az

1Источники