RU

Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 63 kiloqramda çıxış edən idmançı finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.

Избранный
20
20
azerbaijan-news.az

10Источники