RU

Efiopiyada qatar qəzasında 15 nəfər ölüb

Efiopiyada qatar qəzasında 15 nəfər ölüb

Efiopiyanın şərqində baş verən qatar qəzasında 15 nəfərin həyatını itirdiyi bildirilib.

Yerli mətbuatın məlumatına görə, Efiopiyada Cibuti sərhədindəki Devele şəhərindən Dire Dava şəhərinə gedən sərnişin qatarı qəza edib.

Qatarın Şinile şəhəri yaxınlığında relsdən çıxaraq dayanan başqa bir qatarla toqquşduğu qeyd olunur.

Dire Dava şəhər hakimiyyəti açıqlayıb ki, qəza nəticəsində 15 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

Hadisəyə aid görüntülərdə bəzi vaqonların aşdığı, bəzilərinin isə əzilmiş vəziyyətdə olduğu görünür.

Избранный
49
afn.az

1Источники