RU

Kreml Putin-Tramp görüşünün ləğvinə dair xəbərlərə münasibət bildirib

BAKI, 21 oktyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüşlə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf xəbər verir ki, "Kp.ru"ya verdiyi müsahibədə diplomat bu məlumatı “müharibə tərəfinin əsl təbliğatı” kimi qiymətləndirib.

Çərşənbə axşamı "NBC News"un jurnalisti Garrett Haacke Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən Budapeştdə ABŞ-Rusiya prezidentlərinin görüşünün ləğv edildiyi bildirib.

"Reuters"xəbər verir ki , Rusiyanın Ukraynada atəşkəslə bağlı mövqeyi Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşü risk altında qoyur.

Избранный
95
teleqraf.com

1Источники