RU

Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olundu

Oktyabrın 20-də Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İrana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Seyid Abbas Əraqçı, İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi və xarici işlər nazirinin müavini Kazem Qəribabadi ilə görüşlər keçirib.

Oxu.Az xəbər verir ki, görüşlərdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, xüsusilə İran prezidentinin ölkəmizə səfərləri və bu səfərlər çərçivəsində Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında əldə olunmuş mühüm razılaşmalar əsasında münasibətlərdə yaranmış yeni mərhələyə uyğun olaraq iki ölkə arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, habelə dərin tarixi, dini və mədəni bağlara əsaslanan əməkdaşlığın genişləndirilməsinə yönələn dialoqun davam etdirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər. Pepperoni pizza

Müzakirələrdə, həmçinin iki ölkə arasında həyata keçirilən enerji, nəqliyyat, infrastruktur və logistika layihələrinin icrasının vəziyyəti, Xəzər dənizində əməkdaşlıq məsələləri, habelə regionda maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələləri nəzərdən keçiriblər.


Telegram kanalımız
Избранный
16
16
yenisabah.az

10Источники