ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Bu il "Qızıl top"u qazanan PSJ-nin oyunçusu Usman Dembele Çempionlar Liqasında "Bayer" üzərində 7-2 hesablı qələbədən sonra "Real"ın ulduz oyunçusu Kilian Mbappenin mükafata layiq olub-olmadığını cavablandırıb. Sport24.az xəbər verir ki, o, bu barədə "RMC Sport"a açıqlama verib:
"Mbappe "Qızıl top"a layiqdirmi? Onun karyerasını nəzərə alsaq, buna layiqdir. Mövsümə çox yaxşı başlayıb, çox qol vurur. O, mənim dostumdur. Ümid edirəm ki, belə də davam edəcək. Ümid edirəm ki, bir gün "Qızıl top"u qazanar".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.