RU

İrlandiyada miqrantın azyaşlı qıza təcavüzü etirazları iğtişaşlara çevirdi

Dublində 2 min nəfərlik aksiya zamanı polis avtomobili yandırılıb, altı nəfər saxlanılıb...

Poliqon xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində miqrantın 10 yaşlı qıza təcavüz etməsi ilə bağlı yayılan məlumat geniş etirazlara səbəb olub. Şəhərin mərkəzinə toplanan təxminən 2 min nəfər etiraz aksiyası keçirib, lakin vəziyyət qısa zamanda nəzarətdən çıxaraq iğtişaşlara çevrilib. Polis zorakılıq halları nəticəsində altı nəfəri saxlayıb.

“The Guardian” nəşrinin məlumatına görə, hadisə 26 yaşlı miqranta qarşı irəli sürülən təcavüz ittihamından sonra baş verib. Etirazlar zamanı miqrantların yaşadığı otelin ətrafında toplaşan izdihamı dağıtmaq üçün polis qüvvələri cəlb edilib. Aksiya iştirakçıları polis avtomobilini yandırıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarını daş və şüşə butulkalarla atəşə tutublar, həmçinin pirotexniki vasitələrdən istifadə ediblər.

İrlandiyanın ədliyyə naziri Cim O’Kallahan baş verən iğtişaşları “qəbuledilməz zorakılıq” adlandırıb və ictimaiyyəti dinc etirazlara səsləyib. Baş nazir Mixol Martin isə hadisə ilə bağlı narahatlığını ifadə edərək bildirib ki, dövlət “bu uşağın müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyib”.

Poliqon.info

Избранный
85
poliqon.info

1Источники