RU

Ekvadorda 5.5 bal gücündəZƏLZƏLƏ

Ekvadorun cənubundakı El Oro əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Redoktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, El Oro əyalətinin cənubundakı Arenilas şəhərindən 11,5 kilometr cənub-şərqdə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin ocağı 73,6 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində insan tələfatı və dağıntılarla bağlı hələlik heç bir məlumat verilməyib.

Yeraltı təkanlar Ekvadorun Quayas və Loja əyalətlərində, həmçinin Peru sərhədinə yaxın ərazilərdə də hiss olunub.

Ekvadorun Geofizika İnstitutu isə zəlzələnin maqnitudasını 6,1 bal olaraq açıqlayıb.

Nuriyyə NATİQQIZI

Избранный
115
redaktor.az

1Источники