“Qalatasaray” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulacaq.
aia.az xəbər verir ki, son oyun günündə 9 qarşılaşma keçiriləcək.
Türkiyənin “Qalatasaray” komandası bu tur Norveçdə “Budyo Qlimt”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Eyni vaxtda start götürəcək digər oyunda “Qarabağ” İspaniyada “Atletik”lə qarşılaşacaq.
Azərbaycan çempionunun rəqiblərindən “Çelsi” evdə “Ayaks”ı, “Ayntraxt” “Liverpul”u sınağa çəkəcək.