RU

Son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 % artıb – Əli Əsədov

Bakı. Trend:

Orta dəhliz Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirənetibarlı marşrut kimi artıq özünü təsdiqləyib.

Trend-inməlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək YoluForumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan və Gürcüstan bu stratejinəqliyyat dəhlizinin formalaşması və inkişafında aparıcı mövqetutur:

“Ölkələrimiz həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyatinfrastrukturuna görə Orta dəhlizin ən mühüm iştirakçılarısırasındadır. Biz bu istiqamətdə səylərimizi birləşdirərək, dəhlizboyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərininsadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətindəardıcıl və məqsədyönlü addımlar atırıq”.

Əli Əsədov vurğulayıb ki, liman və logistika mərkəzlərininmodernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələr buəməkdaşlığın bariz nümunələridir:

“Görülmüş tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrətranzit yük həcmləri təxminən 90 % artıb ki, bu, onunsəmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununlayanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti əhəmiyyətlidərəcədə azalıb (15 günə enib)”.

Məqalədə:
Избранный
100
3
az.trend.az

5Источники