20 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında 1080 mənzil satışa çıxarılmışdı. Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.
Publika.az xəbər verir ki, Milli.Az-a müraciət edənən vətəndaşlar bildirirlər ki, nisbətən aşağı qiymətə satışa çıxarılan mənzillər birdən-birə "yoxa çıxıb".
Belə ki, hazırda saytda aktiv şəkildə yalnız Abşeron rayonunda 50 mənzilin qaldığı və digər mənzillərin bron olunduğu qeyd olunur.
