RU

Ramin Məmmədov: Dini təhsil konservativ şəkildə keçmişə qapanmalı deyil

BAKI, 22 oktyabr. TELEQRAF

“Bu gün dünyada müxtəlif dini təhsil modelləri tətbiq olunur və onların hər birinin öz üstünlükləri və məhdudiyyətləri var. İslam dünyası mənəvi dərinliyi, Qərb isə metodoloji strukturu ilə fərqlənir. Bu iki təcrübənin sintezi, qlobal səviyyədə inklüziv, lakin mənəvi əsaslara sadiq modelin yaradılmasına imkan verir”.

Teleqraf xəbər verir ki, bu Dini Qurumla iş üzrə Dövlət Qurumun sədri Ramin Məmmədov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” keçirilən beynəlxalq simpoziumda deyib.

O bildirib ki, müasir dünyada artıq din təhsili sadəcə dini biliklərin aşılanması və dini maarifləndirmənin genişləndirilməsi vasitəsi deyil, həm də sülh, dialoq və sosial inteqrasiya üçün ən effektiv platformalardan birinə çevrilib:

“Biz müxtəlif dini təhsil modellərinin ən faydalı tərəflərini, səmərəli təcrübəni öyrənərək universal bir variant tapa bilərik. Bu elə bir model olmalıdır ki, heç bir xalqın, cəmiyyətin ənənəvi dəyərlərinə, tarixi keçmişinə, eyni zamanda dünyagörüşünə zidd olmasın. Eyni zamanda müasir çağırışları ehtiva edə bilsin. Bəlkə ümumiyyətlə bu axtarışlara ehtiyac yoxdur – hər xalqın öz modelini qoruması daha məntiqlidir? Bugünkü simpoziumun cavab axtardığı əsas suallardan biri də məhz bu olacaq".

Избранный
81
teleqraf.com

1Источники