Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanın strateji valyuta ehtiyatları 14,7% və ya 10,5 mlrd. artaraq bu il 81,5 mlrd. dollara bərabər olub.
“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, AMB-nin valyuta ehtiyatları 11,31 mlrd. dollara çatıb.
“Ölkənin strateji valyuta ehtiyatları 37 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət edir, bu isə kifayət qədər yüksək göstəricidir”- AMB sədri əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.